Sumqayıt Regional Mədəniyyət İdarəsinin şəbəkəsinə daxil olan Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət mərkəzində “Ritm bir dünyadır” adlı müsabiqənin 1-ci turu keçirilib.
Sumqayıt şəhərinin 70 illiyinə həsr olunmuş müsabiqədə 3 saylı, Bülbül və S.Rüstəmov adına incəsənət məktəbləri, Q.Qarayev, F.Əmirov adına musiqi məktəbləri, N. Nərimanov adına Mədəniyyət mərkəzi, “28 May” Diyarşünaslıq və “Dostluq” mədəniyyət evlərindən 22 nəfər nağara ifaçısı iştirak edib. “Rövşən” ritm qrupunun rəhbəri Rövşən Cabbarov, Eyvaz Rzayev, Azər Vahidi və Vaqif Əliyevdən ibarət münsiflər heyəti onların ifalarını qiymətləndiriblər.
Müsabiqənin 2-ci turu fevral ayının sonunda keçiriləcək.