Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 avqust 2014-cü il tarixli 292 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nın 2-ci bəndinə uyğun olaraq, mədəniyyət sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədi ilə 2019-cu il üçün Mədəniyyət Nazirliyi aşağıdakı müəyyən edilmiş tədbirlər üzrə müsabiqə elan edir.

  1. 2019-cu il 30 iyun – 10 iyul tarixlərində UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakı şəhərində keçirilməsi çərçivəsində mədəni tədbirlərin təşkili.
  2. Xalq tətbiqi-dekorativ və təsviri sənətin inkişafına dair layihələrin hazırlanması.
  3. Mədəniyyət sahəsində müasir informasiya texnologiyalarının tətbiqi ilə bağlı layihələrin hazırlanması.
  4. Regionlarda mədəniyyətin daha da inkişafına töhfə verəcək layihələrin həyata keçirilməsi.

“Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nın 2.2-ci bəndinə uyğun olaraq, müsabiqədə iştirak etmək istəyən QHT-lər 2019-cu il mart ayının 01-dək ərizələrini müsabiqənin şərtlərinə  uyğun aşağıdakı sənədlərlə birlikdə Nazirliyə təqdim etməlidir.

  1. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Müsabiqə Komissiyasının sədrinə məktub;
  2. QHT-nin dövlət qeydiyyatına alınması barədə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;
  3. Tədbirin keçirilməsi nəzərdə tutulan mədəniyyət sahəsində mövcud vəziyyətin təhlili;
  4. Tədbirlə bağlı qarşıya qoyulan vəzifələrin əhatə olunması və gözlənilən nəticələr barədə qısa məlumatlar;
  5. Tədbirin keçiriləcəyi yer və tarix;
  6. Tədbirin keçirilməsi ilə bağlı xərclər smetası (müvafiq hesablamalar və əsaslandırıcı sənədlərlə birlikdə);
  7. Tədbirin təşkilatçıları və iştirakçıları ilə bağlı məlumatlar.

Ünvan:

AZ 1000, Bakı şəhəri, Hökumət evi, Ü.Hacıbəyov küçəsi 40.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi

Əlaqələndirici şəxslər:

Türkan Cəfərova

Rəvanə Abdullayeva

Email: qht.medeniyyet@gmail.com

Tel: (012) 498-79-53

       (012) 498-20-62