Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına töhfə vermək məqsədilə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi Gəncə şəhərində qastrol səfərində olub.
Kollektiv Gəncə Dövlət Dram Teatrında yazıçı-dramaturq Sabir Şahtaxtının Xocalı faciəsinə həsr olunmuş “Ölüm həsrəti” tamaşasını göstərib. Tamaşanın bədii rəhbəri Əməkdar artist Sərvər Əliyev, quruluşçu rejissor Nicat Mirzəzadə, quruluşçu rəssam Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilovdur. Rollarda əməkdar artistlər Rəşid Rzayev, Tünzalə Əliyeva, Xatirə Süleymanova, aktyorlar Bəhruz Hikmətoğlu, Niyaməddin Səfərəliyev, Sevinc Hüseynova, Güney Əliyeva, Səbinə İmamverdiyeva və başqaları çıxış edib.