Martın 28-dən 31-dək Rusiya Dövlət Akademik Böyük Teatrında C.Puççininin “Bohema” operası nümayiş etdiriləcək.

Teatrın saytında yer alan xəbərə görə, 28 və 30 martda səhnə əsərində Miminin partiyasını Azərbaycanın Xalq artisti Dinara Əliyeva ifa edəcək.

Xatırladaq ki, həmvətənimiz “Bohema” operasında Myuzetta obrazını da məharətlə yaradıb.

2009-cu ildən Böyük Teatrın solisti olan Dinara Əliyeva İtaliya, Fransa, Yunanıstan, Çexiya, ABŞ, Yaponiya və başqa ölkələrin opera teatrı səhnələrində və konsert zallarında çıxış edib.