2005-ci ildən başlayaraq Dünya Xərçəngə Nəzarət İttifaqının (Union for International Cancer Control – UİCC) təşəbbüsü ilə fevralın 4-ü Dünya xərçənglə mübarizə günü kimi qeyd edilir.

Təşkilat hər il xəstəliyə diqqət çəkmək məqsədilə müxtəlif aksiyalar keçirir. Həmin gün dünyanın müxtəlif şəhərlərinin ən görkəmli tikililəri günün rəmzi olan bənövşəyi və narıncı rənglərlə boyanır. Bu il təşkilatın çağırışına cavab olaraq “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi də ictimaiyyətə vizual ismarış göndərib. Fevralın 4-də paytaxtımızın qədim simvolu olan Qız qalası bənövşəyi rənglə işıqlandırılıb. Bu rəng cəmiyyəti xərçəng xəstəliyi ilə mübarizəyə, həyatın dəyərini bilməyə səsləyir.

İstanbul şəhərində də bu aksiya çərçivəsində Qalata qülləsi bənövşəyi, İstanbul körpüləri narıncı rənglərlə işıqlandırılıb.