Bakıdakı Atatürk Mərkəzində “Bu dünyanın fidanları. Дети – сияние планеты” kitabının təqdimatı olub.
Azərbaycan və rus dillərində nəşr olunan kitab Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin Mərkəzi kitabxanasının yazıçı-publisist, şair Sevinc Basqallı ilə birgə həyata keçirdiyi layihə əsasında işıq üzü görüb.
Təqdimat mərasimində MKS-nin direktoru, layihənin rəhbəri Lətifə Məmmədova çıxış edərək kitab haqqında məlumat verib.
Kitabın müəllifi Sevinc Basqallı uşaqların maraq dünyasından, onların tərbiyəsində, vətəndaş kimi yetişməsində mütaliənin əhəmiyyətindən danışıb. Bildirib ki, ibtidai və orta sinif şagirdləri üçün nəzərdə tutulan kitabda Azərbaycan və rus dillərində maraqlı şeir və hekayələr toplanıb.