34 minlik tələbə heyəti ilə Avropanın ən nüfuzlu elm və təhsil mərkəzlərindən sayılan Berlin Humboldt Universitetinin professoru Klaudia Luks Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) olub.
Almaniyalı qonaq kitabxana ilə tanışlığa oxucuların qeydiyyatı hissəsindən başlayıb. O, kitabxananın e-oxucu kartını əldə edib, e-kataloqdan alman dilində kitab sifariş verib.
Alman professora MEK-in akademiklər zalında yerləşən diplomatik fondda diplomatik nümayəndəliklər tərəfindən kitabxanaya təqdim edilmiş kolleksiyaların formalaşdırılması qaydaları, kitabxananın proqram təminatı bazasının fəaliyyəti barədə də məlumat verilib.
Klaudia Luks 5 il Qətər Dövləti Milli Kitabxanasının layihə direktoru işləyib.