Aprelin 24-dən 30-dək Tatarıstanın paytaxtı Kazanda XV Beynəlxalq Müsəlman Kino Festivalı keçiriləcək. Festivala qatılmaq üçün iştirakçı ərizələrinin qəbulu fevralın 1-də başa çatıb. Tatarıstan Respublikası Mədəniyyət Nazirliyindən bildiriblər ki, təşkilat komitəsinə 44 ölkədən 400 film üçün iştirak ərizəsi daxil olub.

Festival çərçivəsində bir sıra paralel proqramlar nəzərdə tutulub. Tamaşaçılar Koreya, Tunis, Serbiya, Afrika kinosu ilə tanış ola biləcəklər. Kino forumu günlərində Eldar Ryazanov və Sergey Qovoruxinin kinolentləri, müxtəlif illərdə Rusiya Dövlət Kinematoqrafiya İnstitutunu bitirmiş məzunların ən yaxşı filmləri nümayiş etdiriləcək. Ənənəvi olaraq, festival çərçivəsində tanınmış kinematoqrafçılarla yaradıcılıq görüşləri, ustad dərsləri, kino sənətinin aktual problemlərinə həsr olunmuş dəyirmi masalar da keçiriləcək.   

GÜLCAHAN