Tanınmış tarixçi alim, AMEA-nın Tarix İnstitutunun direktoru, akademik, millət vəkili Yaqub Mahmudov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
Prezident İlham Əliyevin fevralın 9-da imzaladığı sərəncama əsasən, alim Azərbaycan tarixinin tədqiqi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.
Qeyd edək ki, fevralın 10-da akademik Yaqub Mahmudovun 80 yaşı tamam olub.