Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində kiçikyaşlı oxucular arasında “Kitab sizin üçün nədir?” adlı sorğu keçirilib.

İdarədən bildirilib ki, sorğunun məqsədi uşaqların kitabla bağlı fikirlərini öyrənmək və onların mütaliəyə həvəslərini daha da artırmaqdır. Sorğuda iştirak edən şagirdlər düşüncələrini yazılı qeyd ediblər.