Bakı Uşaq Teatrının yaradıcı heyəti Cəlil Məmmədquluzadənin “Çay dəsgahı” əsəri əsasında hazırladığı eyniadlı tamaşanın premyerasına hazırlaşır.

Fevralın 15-də Azərbaycan Teatr Xadimləri İttifaqında nümayiş olunacaq səhnə əsərinin quruluşçu rejissoru Könül Şahbazova-Qasımova, rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısı Rauf Hüseynlidir.