Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının şəhid rejissor Vaqif Əhmədov adına təsis etdiyi təqaüd növbəti dəfə təqdim edilib.
Kinostudiyadan bildirilib ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Elmi şurasının qərarı ilə təqaüdə rejissorluq ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi Binyamin Sailov layiq görülüb.
Qeyd edək ki, təqaüd kinostudiya ilə universitet arasında 2015-ci ildə imzalanan birgə əməkdaşlıq haqqında niyyət protokolu əsasında təsis edilib. Təşəbbüsün məqsədi peşəkar kino məktəbinin istedadlı davamçılarını aşkar etmək, iddialı tələbələrə dəstək olmaqdır.