C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Mədəniyyət Nazirliyinin sifarişi ilə “Sizə məktub var” adlı qısametrajlı filmin çəkilişlərinə hazırlıq görülür. Melodram janrında olan film Qarabağ müharibəsi fonunda yaşanan məhəbbətdən bəhs edir. Çəkilişlər Daşkəsən rayonunun Bayan kəndində aparılacaq.

Filmin quruluşçu rejissoru və ssenari müəllifi Məzahir Həşimov, ikinci rejissoru Akif Rüstəmov, quruluşçu operatoru Cəbrayıl Rəfiyev, quruluşçu rəssamı Əziz Məmmədovdur. Ekran əsərinin prodüseri Müşfiq Hətəmov, icraçı prodüseri Azər Quliyev, bədii rəhbəri Əməkdar incəsənət xadimi Cəmil Quliyevdir. Baş rolları Dəniz Tacəddin, Əli Əlizadə, Məhəmməd Əlili ifa edəcək.