İnkvizisiya alətləri İçərişəhərdə sərgilənəcək

Fevralın 23-də İçərişəhərdə – Şirvanşahlar Sarayı Kompleksində “İnkvizisiya – Orta əsr işgəncə alətləri” adlı sərgi açılacaq.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib ki, ekspozisiyada Orta əsrlər Avropasında kafir və cadugərlərə qarşı dini məhkəmə (inkvizisiya) proseslərində istifadə olunan işgəncə alətləri nümayiş etdiriləcək. Bu, 500 ilə yaxın mövcud olmuş inkvizisiya dövründə çox geniş yayılmış bir təcrübə olub.

İçərişəhər kimi tarixi məkanda, həm də Orta əsrlər sarayında belə bir ekspozisiyanın sərgilənməsi ziyarətçilərə eyni mövzunun Şərq və Qərbdə necə gerçəkləşdirilməsinə dair düşünmə və müqayisə etmə imkanı verəcək. Sərginin məzmunu kifayət qədər dramatikdir və tarixin sərt həqiqətlərinin təfərrüatı ilə zəngindir.