Bakıda ilk dəfə olaraq əntiq əşyaların ixtisaslaşdırılmış “Auksion Baku” müsabiqəsi keçiriləcək.

Azərbaycan Dövlət Rəsm Qalereyası ilə “Auction Baku” MMC arasında bağlanmış birgə əməkdaşlıq haqqında memoranduma əsasən, respublikada mədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini yaratmaq, alıcı və satıcılar arasında əlaqə qurmaq, art biznes sahəsində rəqabət qabiliyyətini gücləndirmək məqsədilə ilk dəfə olaraq incəsənət əsərlərinin, əntiq əşyaların ixtisaslaşdırılmış auksionunun təşkili nəzərdə tutulur.

“Auksion Baku”da qeydiyyat iki cür – alıcılar və satıcılar üçün aparılacaq. Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Ətraflı məlumatı nazirliyin saytında əldə etmək olar.