Mədəniyyət Nazirliyi və “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti tərəfindən elan olunan, 18-29 yaş kateqoriyasında olan istedadlı dizayner və rəssamlar üçün “Azərbaycanın ipək incisi” adlı yaradıcılıq müsabiqəsinə eskizlərin qəbul müddəti uzadılıb.
Müsabiqədə iştirak etmək istəyənlər ad və soyad, təvəllüd, əlaqə nömrəsi, oxuduğu məktəb və ya təsviri sənətlə məşğul olduğu tədris mərkəzinin adını qeyd etməklə kəlağayı üçün nəzərdə tutulmuş eskiz nümunələrini A4 ölçülü kağız üzərində işləməklə 4 mart 2019-cu il tarixinədək musabiqe@aicojsc.com elektron ünvanına göndərməlidirlər.
Milli naxış və ornamentlər mövzusuna həsr olunan müsabiqə istedadlı rəssam və dizaynerlərə dəstək olmaq, onları tanıtmaq, eyni zamanda Azərbaycanın bu qədim sənət növünü, ənənə və dəyərlərimizi yaşatmaq məqsədi daşıyır.
Qaliblər (I, II, III yer üzrə) pul mükafatı, Mədəniyyət Nazirliyi və “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti tərəfindən diplom və sertifikatlarla təltif olunacaqlar.
Əlaqələndirici şəxslər: Vüqar Məmmədov (012) 498 19 94
Elvira Məmmədova (050) 342 00 43