Füzuli Dövlət Dram Teatrı “Doğma Qarabağım, Xocalım mənim” adlı poetik xalq tamaşasını ictimaiyyətə təqdim edib.
Tamaşa Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin ssenarisi əsasında hazırlanıb. Quruluşçu rejissoru Əməkdar artist Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanovdur.
Tamaşa rayonun kənd və qəsəbələrində, N saylı hərbi hissələrdə nümayiş olunur.