Xaçmaz rayon Heydər Əliyev Mərkəzində milli dəyərlərimizi, adət-ənənələrimizi təbliğ etmək məqsədilə “Tariximizi yaşadaq” mövzusunda sərgi-tədbir keçirilib.
Sərgidə 200-dən artıq əşya – milli geyimlər, baş örtükləri, qədim toxuculuq nümunələri olan müxtəlif tikmələr, mis qablar nümayiş olunub.
Mərkəzin direktoru Könül Əsgərova sərgi barədə məlumat verib.
Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev çıxış edərək bu kimi tədbirlərin iki ilə yaxın bir müddətdə vaxtaşırı olaraq mədəniyyət ocaqlarında keçirilməsinin artıq ənənə halını aldığını deyib. Rayon İcra Hakimiyyəti başçısının müavini Samir Nemətov da belə tədbirlərin əhəmiyyətindən bəhs edib.
Tədbir rayon Uşaq incəsənət məktəbi şagirdlərinin rəqs və Mədəniyyət mərkəzinin “Buta” folklor qrupunun musiqi nömrələri ilə davam edib.