Azərbaycan Dövlət Rus Dram Teatrında Xalq yazıçısı Elçinin “İblisin oyunları” pyesinin məşqləri gedir. Əsərə Finlandiyada yaşayan soydaşımız, tanınmış rejissor Kamran Şahmərdan quruluş verir.
Tamaşanın dekor və geyim üzrə rəssamı Valeri Polunovski (Sankt-Peterburq) Rusiyadan dəvət edilib. Əsas rolları Xalq artisti Məbud Məhərrəmov, Əməkdar artist Mələk Abbaszadə, eləcə də aktyorlar Rüfət Nəsirov, Teymur Rəhimov, Bella Safina, Zaur Terequlov, Rumiyə Ağayeva və başqaları oynayır.
Tamaşanın musiqi tərtibatçısı Əməkdar mədəniyyət işçisi Vladimir Neverov, videoinstalyasiyanın müəllifi Aqil M.Quliyevdir. Səhnə əsərinin xoreoqrafik həlli ilə Xalq artisti Kamilla Hüseynova məşğuldur.
“İblisin oyunları”nın premyerası martın 16-na nəzərdə tutulub.