Gəncə Kukla Teatrında “Gözəl və cadugər” tamaşası nümayiş etdirilib. Tamaşa Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar” 2-ci qrant müsabiqəsinin qalibi olmuş “Uşaq teatr sənəti” adlı öyrədici pilot layihə çərçivəsində təqdim olunub.

Birhissəli uşaq tamaşasının müəllifi Səidə Haqverdiyeva, quruluşçu rejissoru Şamil Məmmədlidir.

Layihənin məqsədi uşaqların teatr bacarığını inkişaf etdirməklə onların özlərinə inamını artırmaq, asudə vaxtlarını səmərəli təşkil etməkdir.

“Gözəl və cadugər” pyesi bundan öncə A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının nəzdindəki “Oyuq” teatr-studiyasında səhnəyə qoyulub.