27 mart – Dünya teatr günü münasibətilə Türkiyə teatrlarında tamaşalar ödənişsiz təqdim olunacaq.

Bu barədə Türkiyə Dövlət Teatrları Baş Müdirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, layihənin əsas məqsədi əvvəllər teatra getməyən vətəndaşları incəsənətin bu növü ilə tanış etməkdir. Türkiyənin müxtəlif bölgələrinin 25 səhnəsində ümumilikdə 31 tamaşa pulsuz göstəriləcək.

Layihə çərçivəsində uşaqlar üçün də 3 səhnə əsəri nümayiş olunacaq.