Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev Belarus Dövlət Akademik Musiqili Teatrı rəhbərliyinin dəvəti ilə Minskə səfərə gedib. Teatrın mətbuat xidmətindən bildirilib ki, səfər iki teatr arasında əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı münasibətlərin inkişaf etdirilməsi məqsədi daşıyır.

Aprelin 2-dək davam edəcək səfər proqramına son illərdə Belarus Dövlət Akademik Musiqili Teatrında hazırlanmış tamaşaların, o cümlədən Azərbaycan Dövlət Akademik Musiqili Teatrının müəyyən dəstəyi ilə səhnəyə qoyulan “Arşın mal alan” operettasının nümayişi də daxildir.