Azərbaycan

24 mart 1872 – Yazıçı, dramaturq, publisist Məmməd Səid Ordubadi (1872 - 1.5.1950) Naxçıvanın Ordubad şəhərində doğulub.

24 mart 1927 – Teatr rejissoru, Əməkdar incəsənət xadimi Məbud İbrahim oğlu İsmayılzadə (1927 – 17.9.2004) Zərdab rayonunda dünyaya gəlib.

24 mart 1938 – Xalq artisti, aktyor, rejissor Həsənağa Səttar oğlu Turabov (1938 - 23.2.2003) anadan olub.

 

25 mart 1897 – Ədəbiyyatşünas, teatrşünas, Əməkdar mədəniyyət işçisi Qulam Məmməd oğlu Məmmədli (1897 - 18.11.1994) Təbrizdə doğulub.

25 mart 1907 – Şair Almas İldırım (İldırım Əbdülməhəmməd oğlu Almaszadə; 1907 - 14.1.1952) Bakıda doğulub.

25 mart 1933 – Şair, dramaturq Rüfət Zülfüqar oğlu Əhmədzadə (1933 - 15.12.1988) Bakıda anadan olub.

 

26 mart 1893 - Opera müğənnisi, Xalq artisti Fatma Səttar qızı Muxtarova (1893 - 19.10.1972) Cənubi Azərbaycanın Urmiya şəhərində doğulub.

26 mart 1902 – Tanınmış xanəndə, Əməkdar artist Yavər Əli qızı Kələntərli (1902 - 5.2.1979) Şamaxıda anadan olub.

26 mart 1910 – Görkəmli aktyor, SSRİ Xalq artisti Ələsgər Hacıağa oğlu Ələkbərov; 1910 - 31.1.1963) anadan olub.

26 mart 1910 – Yazıçı-dramaturq Sabit Rəhman (Sabit Kərim oğlu Mahmudov; 1910-1970) Şəkidə anadan olub.

26 mart 1926 – Tarixçi alim, AMEA-nın müxbir üzvü Oqtay Əbdülkərim oğlu Əfəndiyev (1926-2013) Bakıda anadan olub.

 

27 mart 1927 – Məşhur violonçel ifaçısı, dirijor, SSRİ Xalq artisti Mstislav Leopoldoviç Rostropoviç (1927 - 27.4.2007) Bakıda anadan olub.

27 mart 1937 – Kino rəssamı Fikrət İbrahim oğlu Əhədov (1937-1994) Bakıda anadan olub. 

 

28 mart 1886 – SSRİ Xalq artisti, görkəmli aktyor Sidqi Ruhulla (Ruhulla Fətulla oğlu Axundov; 1886 - 5.5.1959) Bakının Buzovna kəndində doğulub.

28 mart 1895 – Tanınmış ədəbiyyatşünas, tərcüməçi Əziz Şərif (Əziz Qurbanəli oğlu Şərifzadə; 1895 - 1.6.1989) Naxçıvan şəhərində doğulub.

28 mart 1919 – Aktyor, rejissor, ssenarist Cahangir Aslanoğlu (Məmmədov; 1919-1998) anadan olub.

28 mart 1924 – Şair, tərcüməçi Teymur Elçin (Teymur Süleyman oğlu Əliyev; 1924 - 14.3.1992) anadan olub.

 

29 mart 1951 – Əməkdar incəsənət xadimi, dirijor Azad Sabir oğlu Əliyev (1951 – 30.3.2014) Bakıda doğulub.

 

30 mart 1908 – Əməkdar incəsənət xadimi, rəssam Şamil Həsən oğlu Qazıyev (1908-1980) İrəvanda anadan olub.

30 mart 1949 – Opera müğənnisi, Xalq artisti Səfa Qəhrəmanov (1949-2008) Ağcabədi rayonunun Minaxorlu kəndində anadan olub.

 

Dünya

 

26 mart 1911 – Amerika yazıçı-dramaturqu Tenessi Uilyams (Tennessee Williams; 1911-1983) anadan olub.

 

27 mart 1871 – Yəhudi əsilli alman yazıçısı Henrix (Heinrich) Mann (1871-1950) anadan olub.

 

28 mart 1483 – İtalyan rəssamı, memar Rafael (Raffaello Santi; 1483-1520) anadan olub.

28 mart 1868 – Rus yazıçı-dramaturqu Maksim Qorki (Aleksey Maksimoviç Peşkov; 1868 - 18.6.1936) anadan olub.

 

29 mart 1949 – Türk musiqiçisi, bəstəkar, müğənni Kayahan Açar (1949-2015) İzmirdə doğulub.

 

30 mart 1746 – İspan rəssamı Fransisko Xose de Qoyya (Francisco Jose de Goya y Lucientes, 1746-1828) anadan olub.

30 mart 1853 – Holland rəssamı Vinsent Uilyam van Qoq (Vincent Willem van Gogh; 1853 - 29.7.1890) anadan olub.

Hazırladı:  Vüqar ORXAN