Şəki şəhər M.F.Axundzadə adına Mədəniyyət mərkəzində “Novruz təranələri” ənənəvi baxış-müsabiqəsi qaliblərinin yekun konserti olub. Konsert baxış-müsabiqənin 40 illiyinə həsr olunub. Müsabiqədə Şəki şəhəri və kəndlərin ümumtəhsil məktəblərinin şagirdləri iştirak edib.
Münsiflər heyətinin qərarı ilə Göybulaq folklor klubunun rəqs qrupu III, Qudula kənd folklor klubunun “Qönçə” folklor kollektivi, B.Axundov adına folklor evinin “Bənövşə” rəqs kollektivi, V.İbrahim adına şəhər folklor evinin bədii qiraətçiləri II, Baş Küngüt kənd diyarşünaslıq evinin bədii özfəaliyyət kollektivinin üzvü, saz ifaçısı Murad Məmmədrəhimov və İ.Salmanov adına şəhər folklor klubunun bədii qiraət dərnəyinin üzvü Zümrüd Əliyeva I yerlərə layiq görülüblər. N.Bədəlov adına şəhər folklor evinin folklor kollektivi həvəsləndirici mükafatla təltif olunub.
Mədəniyyət mərkəzinin direktoru Ağəli Cəlilov çıxış edərək müsabiqə iştirakçılarına və münsiflər heyətinə minnətdarlığını bildirib.