Ağsu rayonunda şəhidlərin xatirəsinə həsr edilmiş tədbir keçirilib.
İdeya müəllifi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin əməkdaşı, gənc yazar Rəfiqə Rafiqqızı, təşkilatçısı jurnalist Samir Əli olan tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, millət vəkili Tahir Kərimli, müharibə iştirakçıları, şəhid ailələri iştirak edib.
Tədbirdə balaban və tarın müşayiəti ilə bədii kompozisiya təqdim olunub. Şəhidlər haqqında məlumatlar və fotolardan ibarət videoçarx tamaşaçıları dərin kədərə qərq edib. Qəhrəmanlıq tariximizin şanlı səhifələri vərəqlənib, üç il əvvəl ordumuzun qazandığı Aprel zəfəri xüsusi təntənə ilə vurğulanıb.