Azərbaycan

13 aprel 1918 – Tanınmış kinooperator, Əməkdar incəsənət xadimi Arif Əmir oğlu Nərimanbəyov (1918 - 16.5.1992) anadan olub. Çəkdiyi filmlər: “Bəxtiyar”, “Qızmar günəş altında”, “Bir qalanın sirri”, “Bizim Cəbiş müəllim”.

13 aprel 1922 – Azərbaycan arfa ifaçılığı məktəbinin yaradıcısı, Əməkdar artist, professor Aida Həmdulla qızı Abdullayeva (1922-2010) аnаdаn olub.

13 aprel 1929 – Şair, Əməkdar incəsənət xadimi Tofiq Mütəllim oğlu Mütəllibov (1929 - 2.11.1992) anadan olub. Uşaqlar üçün çoxsaylı əsərlərin müəllifidir.

 

14 aprel 1870 – Yazıçı-publisist, maarifçi, dövlət xadimi Nəriman Nərimanov (1870 - 19.3.1925) anadan olub. 1894-cü ildə Bakıda müsəlman əhali üçün ilk kütləvi kitabxananı təşkil edib. “Nadanlıq”, “Nadir şah”, “Bahadır və Sona”, “Şamdan bəy” və s. əsərlərin müəllifidir. Azərbaycan SSR Xalq Komissarları Şurasının sədri (1920-1922), SSRİ Mərkəzi İcraiyyə Komitəsinin həmsədri (1922-1925) olub.

14 aprel 1907 – Xalq artisti Fatma Qədir qızı Qədri (1907 - 29.2.1968) anadan olub. Səhnə fəaliyyətinə 1927-ci ildə Bakı Türk İşçi Teatrında başlayıb. Rus Dram Teatrında, Milli Dram Teatrında çıxış edib, pedaqoji fəaliyyət göstərib.

 

15 aprel 1892 – Nasir, tərcüməçi Əli Səbri (Əli Camal oğlu Qasımov; 1892 - 19.2.1983) anadan olub.

15 aprel 1905 – Memar, akademik Sadiq Ələkbər oğlu Dadaşov (1905-1946) anadan olub.

15 aprel 1907 – Azərbaycan Rəssamlar İttifaqının ilk sədri İsmayıl Hüseyn oğlu Axundov (1907 - 13.9.1969) anadan olub. Qrafika, dekorativ-tətbiqi sənət, teatr rəssamlığı sahəsində çalışıb. “Koroğlu” operasının ilk geyim eskizlərinin yaradılmasında iştirak edib.

15 aprel 1912 - Şair, publisist Əkbər Məftun (Əkbər Qurban oğlu Əkbərov; 1912-1990) anadan olub.

15 aprel 1928 – Cənubi Azərbaycan şairi Səhənd (Bulud Qaraçorlu Səhənd; 1928-1979) Marağa şəhərində doğulub.

 

Dünya

 

13 aprel 1906 – İrland yazıçısı və dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1969) laureatı Semuel Bekket (Samuel Beckett; 1906-1989) anadan olub. Əsərləri: “Qodonun intizarında”, “Oyunun sonu” (pyes), “Molloy”, “Adsız” (roman). Bəstəkar Fərəc Qarayev yazıçının “Qodonun intizarında” əsərinə musiqi yazıb.

 

14 aprel 1925 – Amerika aktyoru, «Oskar» laureatı Rod Stayger (Rodney Stephen Steiger; 1925-2002) anadan olub. “Al Kapone”, “Vaterloo”, “Doktor Jivaqo” filmlərində çəkilib.

 

15 aprel 1452 – Böyük italyan rəssamı, heykəltəraş, memar, ixtiraçı, Avropa İntibahının görkəmli nümayəndəsi Leonardo da Vinçi (Leonardo di ser Piero da Vinci; 1452 - 2.5.1519) Florensiyada doğulub. Məşhur əsərləri: “Mona Liza” (“Cokonda”), “Sonuncu şam” və s.

Hazırladı:  Vüqar ORXAN