Avqustun 21-dən sentyabrın 7-dək Bakıda “Bakı sübhdən günbatanadək” layihəsi keçiriləcək. Tədbir “Dünya sübhdən günbatanadək” layihəsi çərçivəsində reallaşacaq. “Azanfilm” studiyasından bildirilib ki, “Dünya sübhdən günbatanadək” Miroslav Dembinski və Maçyej Driqas tərəfindən yaradılmış orijinal layihədir. Layihə dünyanın müxtəlif şəhərlərindəki kino məktəblərinin tələbələrinə və gənc rejissorlara silsilə seminarların keçirilməsini nəzərdə tutur. Bir neçə həftəlik kurs müddətində tələbələr müəllimlərin nəzarəti altında qısametrajlı sənədli filmlər kolleksiyası üzərində birgə çalışırlar. Nəticədə şəhərin canlı təsviri kimi 60 dəqiqəlik sənədli film istehsal olunur.
Bu günə qədər 9 ölkənin paytaxtında həyata keçirilmiş layihə hər şəhərdə dörd mərhələdə yerinə yetirilir.
Avqustun 21-dən başlayaraq 20-yə yaxın gənc rejissor master klasslarda iştirak edəcək. Təlimlərdə iştirak etmək üçün Polşadan 8 nəfərlik müəllim heyəti Bakıya gəlib.
Qeyd edək ki, layihənin tərəfdaşları Polşanın Adam Mikiyeviç İnstitutu, Polşa Kino İnstitutu, TVP 2 Polşa Milli Televiziyası, Belsat kanalı və Polşa Xarici İşlər Nazirliyi, Azərbaycandakı tərəfdaşları isə Mədəniyyət və Turizm Nazirliyi və “Azanfilm” studiyasıdır.