Avqustun 21-dən etibarən Nizami Kino Mərkəzində “Günahlar şəhəri 2. O qadına görə öldürməyə dəyər” filminin və “Təyyarələr: alov və su” 3D animasiya filminin nümayişinə başlanılıb.
Mərkəzin mətbuat xidmətindən bildirilib ki, Amerika istehsalı olan “Günahlar şəhəri 2. O qadına görə öldürməyə dəyər” filmini rejissor Frenk Miller savaş, triller və kriminal janrında çəkib.
Filmdə baş rolları Cessika Alba, Pauers But, Coş Brolin, Rozario Douson, Cozef Qordon-Levitt, Yeva Qrin və başqaları oynayıblar.
Amerika istehsalı olan və rejissor Roberts Gannavayın çəkdiyi “Təyyarələr: alov və su” animasiya filmi komediya, macəra janrındadır.
Rolları aktyorlar Culi Bouen, Korri İnqliş, Ed Harris, Deyn Kuk, Recina Kinq və başqaları canlandırıb. Balaca tamaşaçılarımız filmin nümayişindən böyük zövq alacaqlar.