İyunun 10-da Heydər Əliyev Sarayında “Aşıq Pəri məclisi”nin sazlı-sözlü konserti keçiriləcək.
Konsertdə əməkdar mədəniyyət işçiləri Gülarə Azaflı, Ulduz Sönməz, Solmaz Kosayeva, Zülfiyyə Aşıqlı, Samirə Əliyeva, şairələr Səadət Buta, Güllü Eldar Tomarlı, Aynur Qafarlı, Təbrizə Pünhan, Südabə İrəvanlı və Fatimə Vəfa çıxış edəcəklər. Gecədə həmçinin aşıqlar Gözəl Kəlbəcərli, Familə Göyçəli, Kəmalə Məhyəddinqızı, Rəfiqə Göyçəli, İnci Şirvanlı, Xavər Zəngilanlı, Aidə Gülzar, Əfsanə Kərimli, Xəyalə Qəribqızı, Könül Gədəbəyli, Göyçə Ömürlü, Vüsalə Gədəbəyli, Türkay Ayna, Nargilə Mehdiyeva və digərlərinin ifaları dinləniləcək. Konsertin aparıcısı “Aşıq Pəri məclisi”nin sədri Pərvanə Zəngəzurlu olacaq.