Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə “Mədəniyyət sahəsində könüllülük fəaliyyəti” mövzusunda növbəti seminar aprelin 24-də Lənkəran Dövlət Universitetində keçirilib.
Mərkəzdən bildirilib ki, seminarın təşkilində məqsəd mədəniyyət sahəsində çalışan əməkdaşlar arasında könüllülük fəaliyyətinin təşviqi, səmərəliliyin artırılması, müəssisələrarası əməkdaşlıq əlaqələrinin genişləndirilməsidir.
Mərkəzin direktoru Asif Usubəliyev son illərdə Azərbaycanda könüllülük fəaliyyətinin gənclər arasında böyük bir hərəkata çevrilməsini müsbət hal kimi dəyərləndirərək universitet tələbələrini də bu fəaliyyətə qoşulmağa çağırıb.
Sonra MEMİM-in elmi katibi Cavid Əliyevin “Azərbaycanda könüllülük fəaliyyəti” adlı məruzəsi dinlənilib.
Mərkəzin sektor müdiri Ceyhun Əhmədov “Könüllülük beynəlxalq təcrübədə” adlı təqdimatla çıxış edib.