Dünyanın ən qədim və böyük təhsil ocaqlarından olan Misirin Əl-Əzhər Universitetinin təşkil etdiyi mədəniyyətlər sərgisində ölkəmizi “Vətənpərvər” azərbaycanlı diaspor birliyi təmsil edib.

100-dən çox ölkənin nümayəndələrinin qatıldığı tədbirdə Azərbaycanın milli geyimi, ənənəvi mətbəxi və ölkəmiz haqqında kitab və jurnallar nümayiş olunub.

Azərbaycan guşəsinin təşkilinin təşəbbüskarı Rahidə Nəsirli yerli kütləvi informasiya vasitələrinə ölkəmizlə bağlı məlumat verib. Milli geyim və ləziz şirniyyatımız ziyarətçilərdə böyük maraq doğurub.

Azərbaycanlı diaspor birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov son illərdə ölkəmizi təbliğ etmək məqsədilə mütəmadi şəkildə bu cür tədbirlərin təşkil olunduğunu qeyd edib.