Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bu yaz özün bir təbiət yarat” devizli yaz ağacəkmə aksiyasına qoşulub. Xatırladaq ki, bundan öncə aksiya “Qobustan” qoruğunda gerçəkləşmişdi.

“Keşikçidağ” qoruğu ilə Qarayazı təbiət qoruğunun əməkdaşları ərazidəki ən hündür yüksəklik olan “İlham Əliyev adına zirvə”nin ətrafında və mağaralara gedən 600 m turist yolunun hər iki tərəfinə salınmış yaşıllıq parkının genişləndirilməsi məqsədilə ərazinin landşaftına uyğun 600-dən çox şam tingləri əkiblər. 

Qədim tarixə malik olan abidələrimizlə yaxından tanış olan tədbir iştirakçılarına qoruq əməkdaşları tərəfindən ətraflı məlumat verilib. Sonda xatirə şəkli çəkdirilib.