“Zəfər kursları” və Azərbaycan Dövlət Pedaqoji Universitetinin təşkilatçılığı ilə “Azərbaycan universitetlərinin təhsil sərgisi” keçirilib.

Sərgidə Bakı Xoreoqrafiya Akademiyası (BXA) da təmsil olunub. Guşədə akademiyanın son 5 il ərzində əldə etdiyi uğurları əks etdirən broşürlər, kataloqlar, professor-müəllim heyəti tərəfindən hazırlanmış monoqrafiyalar, dərsliklər, fənn proqramları, metodiki vəsaitlər, keçirilmiş beynəlxalq və respublika statuslu konfrans və müsabiqələr, tədris tamaşalarının afişaları və s.  nümayiş etdirilib.

BXA-nın İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əbülfəz Babazadə və digər əməkdaşlar akademiyada tədris olunan ixtisaslar, bakalavr və magistr proqramları barədə məlumat verərək, abituriyent və digər ali təhsil müəssisələri tələbələrinin suallarını cavablandırıblar.