Mayın 4-də İsmayıllı rayonu Lahıc qəsəbə orta məktəbində “Folklor milli kimlik kontekstində” kitabın təqdimat mərasimi keçirilib. Kitabda 30 iyun 2018-ci ildə Lahıc qəsəbəsində keçirilmiş eyniadlı beynəlxalq konfransın materialları toplanıb.

Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilmiş konfransın əhəmiyyətindən danışıb, konfransı və təqdim olunan nəşri mədəni irs və folklorumuzun yaşadılmasına töhfə kimi qiymətləndiriblər.

Daha sonra tərtibçilər – filologiya üzrə fəlsəfə doktoru Atəş Əhmədli və Folklor İnstitutunun doktorantı Dadaş Əliyev nəşr barədə məlumat veriblər.

Sonda iştirakçılara kitablar hədiyyə olunub.

S.QALİBOĞLU