Oktyabrın 10-da Dövlət Film Fondunda Azərbaycan filmlərinin yeni bərpa olunmuş afişalarının sərgisi açılıb.
Tədbirdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxış edərək sərginin əhəmiyyətindən söz açıb. O, sərgini gələcək nəsillərin Azərbaycan filmləri ilə bağlı daha dolğun məlumat alması baxımından yüksək qiymətləndirib. Bildirilib ki, milli filmlərimizin afişalarının bərpa olunması işi davam etdiriləcək.
Tədbir çərçivəsində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının www.arki.az saytının təqdimatı da keçirilib, saytın bölmələri barədə məlumat verilib. Vurğulanıb ki, yaxın gələcəkdə saytda rus və ingilis dillərində də materiallar yer alacaq.