Mayın 15-də Parisdə UNESCO-nun mənzil-qərargahında qurumun himayədarlığı ilə Beynəlxalq Türk Akademiyasının (TWESCO) “Böyük Çöl: mədəni mirası və dünya tarixində rolu” adlı beynəlxalq forum keçiriləcək. Forumda Azərbaycan nümayəndə heyəti də iştirak edəcək.
Forumun əsas məqsədi türk xalqları və dövlətlərinin dünya sivilizasiyasına, universal mədəni dəyərlərin formalaşmasına verdiyi töhfələrin elmi müzakirələrini aparmaqdır.
Forum çərçivəsində UNESCO-da böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin anadan olmasının 650, Balasaqunlu Yusif Xas Hacibin “Kutadqu bilik” əsərinin yazılmasının 950, böyük türkoloq Əhməd Ağaoğlunun anadan olmasının 150 illik yubileyləri, Mustafa Kamal Atatürkün milli mücadiləni başlatmasının 100 illiyi qeyd olunacaq.