Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Baş katibi Düsen Kaseinov görkəmli bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti Arif Məlikovun vəfatı ilə bağlı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə başsağlığı məktubu göndərib.
Məktubda deyilir:
“Türk dünyasının yetişdirmiş olduğu önəmli dəyərlərdən ünlü azərbaycanlı bəstəkar Arif Məlikovun vəfatı xəbərini dərin üzüntü içində öyrəndim. Ustad sənətkarın vəfatı bütün türk incəsənət camiası üçün böyük itkidir. Türkdilli ölkələrin mədəniyyət nazirləri, türk dünyası mədəniyyət və incəsənət camiası və şəxsən öz adımdan mərhuma Allahdan rəhmət, kədərli ailəsinə, sevənlərinə və Azərbaycan xalqına başsağlığı diləyirəm”.