Kanadanın Monreal şəhərində "Azərbaycan film festivalı" keçirilib. Azərbaycanın Kanadadakı səfirliyinin dəstəyi, Kvebek Azərbaycan Film Həvəskarları Assosiasiyası, Konkordiya Universiteti və Monreal Savalan Mədəniyyət Qrupunun birgə təşkilatçılığı ilə üç gün davam edən festivalda "Sahə", "Qala", "Sarı gəlin", "Xoca", "Hökmdarın taleyi" və "40-cı qapı" filmləri nümayiş etdirilib.