Oktyabrın 24-də Heydər Əliyev Mərkəzində 67-ci Kann kinofestivalının qısametrajlı filmlər proqramında yer almış 8 filminin premyera nümayişi olacaq. Təqdimat BUTA İncəsənət Mərkəzinin “Films Delicatessen” layihəsi çərçivəsində keçiriləcək. Nümayiş olunacaq filmlər arasında "Azərbaycanfilm" kinostudiyası ilə "Buta films" şirkətinin birgə istehsalı olan “Sonuncu” filmi də var.
Kann festivalının əsas müsabiqələrindən olan "Qısa metr" proqramında yer almış ilk Azərbaycan filminin rejissoru Sergey Pikalov, ssenari müəllifləri Sergey Pikalov və Aleksandr Krasavin, quruluşçu operatoru Denis Madışev, quruluşçu rəssamı Əziz Məmmədov, prodüserləri Mariya İvanova, Nəsib Piriyev və Müşfiq Hətəmovdur. Fəlsəfi və ibrətamiz hekayəni tamaşaçıya nəql edən filmdə İdris Rüstəmov və Corc Qafarov çəkiliblər.
Bakıdakı nümayiş proqramında Macarıstan-Rumıniya, Norveç, Gürcüstan, Fransa, Böyük Britaniya-Kolumbiya, Böyük Britaniya və ABŞ istehsalı olan filmlər yer alıb.