Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə elan olunan rəssamların əsərlərinin sərgi-yarmarkası üçün əsərlərin son qəbul tarixi mayın 20-dək uzadılıb.
Yarmarkada nümayiş və satış üçün təqdim edilən rəsm əsərləri münsiflər heyəti tərəfindən seçiləcək. Seçilmiş rəsmlər iyunun 17-dən iyulun 17-dək Bakı Ekspo Mərkəzində reallaşacaq azərbaycanlı rəssamların əsərlərinin satış-sərgi yarmarkasında təqdim olunacaq.