Oktyabrın 24-də Nizami Kino Mərkəzində tanınmış kinorejissor, Xalq artisti Tofiq İsmayılovun "Salnamə" studiyasında çəkdiyi "Müslüm Maqomayev haqqında xatirələr" sənədli filminin təqdimatı olacaq. Ekran əsəri dünya şöhrətli Azərbaycan müğənnisi və bəstəkarı Müslüm Maqomayevə həsr olunub. Filmdə Azərbaycan və Rusiyanın görkəmli sənət adamlarının, Müslüm Maqomayevin yaxın dostlarının onun haqqında xatirələri, sənətkarın ən gözəl ifaları, ilk dəfə nümayiş olunan kinoxronika kadrları yer alıb.
Filmin ssenari müəllifi Tofiq İsmayılov, musiqi məsləhətçisi Tamara Sinyavskaya, səs rejissoru Azad Vəliyev, operatorları Rafiq Quliyev, İqor Boqdanov, Ziya Babayev, Andrey Lebedyev, Anatoli Petrov, musiqi redaktoru Sevinc Rzayeva, redaktoru Ramiz Əliyev, icraçı prodüserləri Kamil Məmmədov və Tofiq Musayevdir.