Prezident İlham Əliyevin mayın 20-də imzaladığı sərəncama əsasən məşhur heykəltəraş, Rusiya Rəssamlıq Akademiyasının prezidenti, SSRİ Xalq rəssamı Zurab Konstantinoviç Sereteli “Dostluq” ordeni ilə təltif edilib.
Sənətkar Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində səmərəli fəaliyyətinə görə dövlət təltifinə layiq görülüb.
Qeyd edək ki, mayın 22-də Heydər Əliyev Mərkəzində Zurab Seretelinin “Mümkün ölçülər” adlı sərgisi açılacaq.