Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən mayın 24-də saat 11:00-da Şamaxı rayon Heydər Əliyev Mərkəzində (Şamaxı şəhəri, Heydər Əliyev prospekti 27A) Şamaxı və Qobustan rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.
Həmin gün saat 11:00-da mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev İsmayıllı rayon Heydər Əliyev Mərkəzində (İsmayıllı şəhəri, Heydər Əliyev prospekti 57) İsmayıllı və Qəbələ rayonlarından, mədəniyyət nazirinin müavini Rafiq Bayramov Ağsu rayon Heydər Əliyev Mərkəzində (Ağsu şəhəri, Azərbaycan küçəsi 25) Ağsu rayonundan olan vətəndaşları qəbul edəcək.
Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi: 147), (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli - Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsilə qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.
Sıra №-si |
Şəhər |
Əlaqələndirici |
Əlaqə |
Şamaxı rayonu |
Rəfail Tağızadə |
050-669-92-55 020-265-20-91 |
|
Qobustan rayonu |
Cahangir Ağaməmmədov |
050-514-35-73 020-245-29-87 |
|
İsmayıllı rayonu |
Azər Abbasov |
050-354-18-38 020-285-33-20 |
|
Qəbələ rayonu |
Nargilə Qafarova |
050-677-84-10 024-205-02-99 |
|
Ağsu rayonu |
Cavanşir Şeydazadə |
050-377-44-21 020-226-47-72 |