Bakıda Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyinin, ittifaqa üzv dövlətlərin səfirliklərinin və “Park Cinema”nın birgə təşkilatçılığı ilə keçirilən V Avropa film festivalı başa çatıb. Festivalda Avropa İttifaqına üzv olan 16 ölkənin müasir filmləri təqdim edilib.
Festivalda azərbaycanlı rejissor Elçin Musaoğlunun C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “Nabat” filmi də nümayiş olunub. Komediya, dram, sənədli film, animasiya kimi müxtəlif janrları əhatə edən filmlər bütün növ kinosevərlər üçün nəzərdə tutulmuşdu. On gün ərzində “Park Cinema”da nümayiş olunan bütün filmlərə baxış pulsuz olub.