Prezident İlham Əliyev mayın 25-də Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə şairlər Vahid Əziz, Ramiz Rövşən və Musa Yaquba “Xalq şairi”, yazıçı-dramaturqlar Kamal Abdulla, Natiq Rəsulzadə və Afaq Məsuda “Xalq yazıçısı” fəxri adları verilib.
Müğənnilər İlqar Muradov və Cavanşir Zeynallı “Xalq artisti”, şair Vaqif Bayatlı Odər, yazıçı-dramaturqlar Elçin Hüseynbəyli və Firuz Mustafa “Əməkdar incəsənət xadimi” adlarına layiq görülüblər.
Bundan əlavə, Nadir Xasiyev, Cəmilə Kərimova, Qurban Məsimov, Qasım Nağıyev, Nurbəniz Niftəliyeva və Elmira Süleymanovaya “Əməkdar artist”, Asim Əliyev, Vaqif Əlixanlı, Abbas Güləliyev və Rauf Məmmədova “Əməkdar mədəniyyət işçisi” fəxri adları verilib.
Dövlət başçısının mayın 25-də imzaladığı digər sərəncamla Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Oksana Bulanova, Ənvər Əhmədov, Maarif Soltan (Qəniyev), Sabir Mustafayev, İltifat Saleh (Salayev) və Alina Talıbzadə “Tərəqqi” medalı ilə təltif olunublar.