Prezident İlham Əliyev mayın 29-da Xalq artisti, tanınmış baletmeyster Maqsud Davud oğlu Məmmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Akademik Opera və Balet Teatrının aparıcı solisti olmuş sənətkar Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə təltif olunub. Qeyd edək ki, mayın 30-da Maqsud Məmmədovun 90 yaşı tamam olub.