Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində rəssamlıq sinfinin gənc müəllimi Əli Ağadadaşovun ilk məzunlarının sərgisi təşkil edilib. Tədbir “İnsan hüquqları aylığı” (18 may - 18 iyun) çərçivəsində keçirilib.
Tədbirin aparıcısı Leyla Həsənova çıxış edərək 18 iyun – “İnsan hüquqları günü” haqqında danışıb, məktəb məzunlarının yaradıcılıq uğurlarından bəhs edib.
Sərgidə Vüsalə Bayramova, Nərmin Abdinova, Məryəm Müfidzadə, Nigar Baxşəlizadə, Xumar Babazadə, Lətifə Fərəcova, Tural Talıbov, Aydan Qurbanzadə, Zərifə Baratzadə, Ləman Süleymanlı və Günay Əhmədovanın əl işləri nümayiş olunub.
Məktəbin direktoru, Əməkdar artist Əziz Qarayusifli çıxış edərək məzunlara diplom və xatirə hədiyyələri təqdim edib, rəsm şöbəsinin müəllimi Əli Ağadadaşovu təbrik edərək yeni uğurlar arzulayıb.