Kürdəmir Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Kürdəmir şəhərində “Oxu bayramı” müsabiqəsi keçirildi. Tədbirdə Füzuli, Xocavənd, Beyləqan, İmişli və Kürdəmir mərkəzləşdirilmiş kitabxana sistemlərinin direktorları iştirak edirdi.
Regional idarənin əhatə etdiyi rayonlar üzrə 5 nəfərdən ibarət münsiflər heyəti müsabiqəyə qatılan 14 nəfər fəal oxucunun çıxışlarını qiymətləndirdi. Onlardan İlkin Əhmədov (Beyləqan rayonu) 1-ci yerə, Sənəm Quliyeva (Xocavənd rayonu) 2-ci, Xəyalə Veyisova (Kürdəmir rayonu) 3-cü yerə layiq görüldü. Daha 5 iştirakçı – Nazilə Bünyadova (Kürdəmir), Nuridə Hüseynova, Gülayə Rüstəmzadə (hər ikisi Füzuli rayonu), Qüdrət Süleymanova (Beyləqan), Əsmayə Nuruşova (İmişli) həvəsləndirici mükafatla təltif olundu.
“Oxu bayramı”nın bədii hissəsində İmişli rayonundan “Əkizlər” rəqs qrupu öz ifaları ilə tədbir iştirakçılarından alqışlar qazandı. Müsabiqənin sonunda fəal oxuculara Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Elman Məmmədov tərəfindən diplomlar təqdim edildi.
Məryəm ƏLİYEVA,
Kürdəmir rayon MKS-nin baş biblioqrafı