Lerik rayon Mədəniyyət Mərkəzində E.Rufullayev adına Uşaq incəsənət məktəbi 2018-2019-cu tədris ilinin hesabat konsertini təqdim edib. Tədbirdə Lənkəran Regional Mədəniyyət İdarəsinin rəhbərliyi, rayon mədəniyyət işçiləri, ictimaiyyətin təmsilçiləri iştirak edib.
Uşaq incəsənət məktəbinin tar, qarmon, nağara, kamança, fortepiano, xanəndəlik, xor və rəqs ixtisasları üzrə təhsil alan şagirdlərin ifasında Azərbaycan, rus və digər xarici ölkə bəstəkarlarının bir-birindən maraqlı əsərləri izləyicilər tərəfindən maraqla qarşılanıb.
Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Nəsirli çıxış edərək məktəbin uğurlarının davamlı olmasını arzulayıb. Məktəbin bir qrup müəllim və şagirdi diplom və fəxri fərmanlarla təltif edilib.