Teatrşünas Anar Burcəliyevin “Məqalələrim, resenziyalarım, oçerklərim və müsahibələrim” adlı yeni kitabı nəşr olunub. Kitabda müəllifin dövri mətbuatda nəşr olunan yazları cəmlənib.
Topluda yer alan materiallar teatrşünasların, sənətşünasların ilkin məlumat və araşdırmaları üçün bir mənbə hesab edilə bilər. Bu mənbə həm ümumi teatr tariximiz baxımından, həm də ayrı-ayrı aktyor, rejissor və teatrlarımızın sənət yollarının öyrənilməsi baxımından əhəmiyyətlidir.
Kitabın elmi redaktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar artist Xəzər Gəncəli, redaktoru Eşqin Nağıyevdir.
Teatrşünas-tənqidçi Anar Burcəliyev “Əsl el adamı”, “Səhnə həyat nurumdur”, “Azərbaycan kinosunun tarixi və inkişafı”, “Qoşa qanad” kitablarının müəllifidir. “Məqalələrim, resenziyalarım, oçerklərim və müsahibələrim” toplusu müəllifin sayca beşinci kitabıdır.